Suyun ziyanları - Bunu eşitməmisiz - VİDEO

Suyun ziyanları - Bunu eşitməmisiz - VİDEO
Suyu düzgün içirikmi? Sual qəribə gələ bilər. Çünki suyun insan həyatı üçün önəmli olduğunu hər kəs bilir. Həkimlər isə gün ərzində ən azı 2 litr su içməyi tövsiyə edir. Bəs bu sual niyə aktualdır. Havalar isti olduğundan bu məsələ bir az da aktuallıq kəsb edir. Maraqlı səbəbləri var. Əməkdaşımız Aytən Adilqızının süjetini izləyək.

Su orqanizm üçün əvəzolunmaz mayedir ancaq düzgün miqdarda və düzgün tempraturda qəbul edildikdə. Həkim deyir ki, insan orqanizminin  yaxşı işləməsi üçün bol maye qəbul etməlidir. Amma bununla bağlı  sağlamlıq baxımından müəyyən şərtləri var.

Qədərində içməklə yanaşı suyu düzgün vaxtda və normal tempraturda qəbul etməkdə çox mühüm məsələdir. Belə ki, yemək zamanı çox su içmək həm mədədə turşuluğun azalmasına həm də həzm problemlərinin yaranmasına səbəb ola bilər. Həkimlər yeməkdən ən az yarım saat əvvəl 2 stəkan su içməyi məsləhət görürlər. İsti havalarda içilən buz kimi soyuq suyun fəsadları da ağır ola bilər. Bədən qəbul etdiyi suyun tempraturunu  tənzimləmək üçün çox enerji sərf edir və bu da orqanizmi halsızlaşdırır.

Ancaq həkimlər gün ərzində tamamilə susuz qalmağı da məsləhət görmürlər. (atv.az)


OXŞAR XƏBƏRLƏR