Gündə 3-4 dəqiqə kifayətdir – Alimlər bunların uzunömürlülük üçün resept olduğunu deyir

Gündə 3-4 dəqiqə kifayətdir – Alimlər bunların uzunömürlülük üçün resept olduğunu deyir

Gündə cəmi 3-4 qısamüddətli fiziki fəaliyyət idman zalını əvəz edə və vaxtından əvvəl ölüm riskini azalda bilər.



Sfera.az “Daily Mail”-ə istinadən bildirir ki, Sidney Universitetinin Çarlz Perkins Mərkəzinin tədqiqatçılar qrupu belə qənaətə gəlib.



VILPA-lar insanın hər gün etməkdən həzz aldığı çox qısa intensiv fəaliyyət dövrləridir. Məsələn, avtobusa yetişmək üçün dayanacağa qaçmaq, tapşırıqları yerinə yetirərkən sürətli gəzmək və ya uşaqlarla qaçıb-tutmaq oyunları oynamaq kimi.



Tədqiqatçılar həftə ərzində İngiltərədə 25 000-dən çox qeyri-idmançının aktivliyini ölçmək üçün təcrübə aparıb. Təcrübə iştirakçılarının hamısı boş vaxtlarında idman etmədiklərini bildirən insanlar olub. Təcrübə itirakçılarının məlumatları yeddi il ərzində izlənilib.



Nəticələr hər gün sadəcə üç-dörd dəqiqəlik VILPA hərəkətlərinin bütün səbəblərdən və xərçəngdən ölüm hallarının 40%, eləcə də ürək-damar xəstəliklərindən ölüm riskinin 49% azalmasını göstərib.


Professoru Emmanuel Stamatakis bildirib ki, 40 və yuxarı yaşlıların əksəriyyəti müntəzəm məşq və ya idmanla məşğul olmur, lakin bu araşdırma gündəlik fəaliyyətin sağlamlıq üçün necə faydalı olduğunu göstərir:



"Gündəlik fəaliyyətinizin intensivliyini artırmaq vaxt, məşq, kluba getmək və ya xüsusi bacarıq tələb etmir. Bu, sadəcə olaraq, gəzinti zamanı tempinizi artırmaq və ya bir az daha çox enerji ilə ev işləri görməkdən ibarətdir."


Tədqiqatın nəticələri bu tip yüngül intensiv hərəkətlikiyin müntəzəm olaraq idman edənlərin nəticələrinə bərabər olduğunu sübut edib.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...