Qonşu ölkədə qripin TƏHLÜKƏLİ ştammı yayılır - Detallar

Qonşu ölkədə qripin TƏHLÜKƏLİ ştammı yayılır - Detallar

Rusiyada qripin təhlükəli ştammı yayılır.

Sfera.az bildirir ki, Moskvada iki növ A qripi - müntəzəm mövsümi və H1N1 virusu (donuz qripi) aşkar edilib. Allerqoloq-immunoloq Vladimir Bolibok  “donuz qripi”nin təkcə Rusiyada deyil, bütün dünyada yayılmağa başladığını deyib.

 

Onun sözlərinə görə, təhlükəli ştamm əvvəlcə Cənub yarımkürəsində qeydə alınıb: “A (H1N1) virusunun əsas təhlükəsi onun sürətlə yayılmasıdır. Məsələn, asqırarkən bu baş verə bilər. Qrip həmçinin digər ciddi xəstəliklərə də səbəb olur”.

 

İmmunoloq Nikolay Kryuçkovun sözlərinə görə isə Rusiyada mövsümi xəstəliklərin kəskin artması ilk növbədə, anti-kovid məhdudiyyətlərinin ləğvi ilə bağlıdır. Mütəxəssisin fikrincə, karantin qaydaları bu cür virusların qarşısının alınmasına kömək edirdi. Bundan əlavə, immunoloq vurğulayıb ki, hazırda rusların ümumi immuniteti zəifləyib.

 

Terapevt Yelena Tyulpina qripi koronavirusdan necə ayırd etmək və müalicəyə necə başlamaq lazım olduğunu bu cür izah edib: “Qriplə temperaturun qalxması kəskin və asimptomatik olaraq baş verir, COVID-19-da isə bu proses tədricən olur. Şəxs xəstəliyin yaxınlaşmasını hiss edərsə, antiviral dərmanlar qəbul edə bilər, lakin artıq xəstəliyin ikinci və üçüncü günündə onlar təsirsiz olacaqlar. Əgər burun tıxanırsa, vazodilatator damcıları qəbul etmək lazımdır. Quru öskürəkdən əziyyət çəkirsinizsə, o zaman spreylər qəbul etməlisiniz. Ümumiyyətlə xəstələndiyiniz halda, evə qalmalısınız”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibə...

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...