Niyə həmişə əl və ayaqlarımız həyəcanlananda soyuq olur?

Niyə həmişə əl və ayaqlarımız həyəcanlananda soyuq olur?

Ola bilsin ki, siz və ya ətrafınzdakı insanlardan kimsə "qurbağa ayaqları" olduğundan şikayət edir. Yəni, əlləriniz və ayaqlarınız daim soyuqdur və onları qızdıra bilmirsiniz.


Sfera.az bildirir ki, mütəxəssislər əksər hallarda bunun böyük problem olmadığını deyir, sadəcə olaraq bədənimiz öz temperaturunu bu şəkildə saxlayır. Lakin səbəb başqa şey də ola bilər.



Bədənimiz qandan istilik anbarı kimi istifadə edir. Əgər soyumağa ehtiyacımız varsa, bədən qanı dəriyə çəkir və istilik qaçır. Buna görə də çox vaxt xüsusilə isti havalarda qızarmış görünə bilərik.
 

Üşüyəndə, donanda isə dərimizdəki damarlar daralır və nəticədə ora daha az qan axır. Öz növbəsində az qan, daha az istilik deməkdir. Bu xüsusilə də əl və ayaqlarda nəzərə çarpır.
 

Bütün bunlar bədənin öz temperaturuna nəzarət etdiyi, onu normal səviyyədə saxladığı və daxili orqanları qoruduğu çox normal bir prosesdir. Lakin əlləri və ayaqları daimi soyuq olanlar var.


Ancaq bunun başqa səbəbləri də ola bilər. Məsələn, soyuq əl və ayaqlar “Raynaud” sindromu ilə əlaqələndirilə bilər. Bu sindrom zamanı əzalara gedən bəzi qan damarları müvəqqəti olaraq daralır. Bir qayda olaraq, bu xəstəliyi olan xəstələr əl və ayaq barmaqlarının son dərəcə solğun və soyuq olması ilə xarakterizə olunur.

Tədqiqatçılar qeyd edirlər ki, Raynaud fenomeninin səbəbi immun çatışmazlığı və ya yüksək qan təzyiqi kimi daha ciddi xəstəliklərlə əlaqəli ola bilər. Ancaq bəzi hallarda həkimlər Raynaud xəstəliyinin inkişafına nəyin səbəb olduğunun izahını verə bilmirlər.
 

Bununla belə, həddindən artıq soyuq əzaların arxasında digər problemlər də gizlənə bilər.

 

Alimlər qeyd edirlər ki, nəzarətsiz şəkərli diabeti olan insanlarda qan damarlarının içərisində yağ yataqlarının əmələ gəlməsi riski artır, bu da sonradan damarları daha dar və sərt edir. Bu da qan axınına mane olur.

"Qurbağa ayaqları"nın başqa bir səbəbi travma və ya toxuma zədələnməsi ola bilər ki, bu da bu nayihəyə yaxın qan axınının pozulmasına səbəb ola bilər. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, anemiya da ətrafların buzlamasının mümkün səbəbi ola bilər. Bu da oksigenlə zəngin qanın bütün bədənə ötürülməsini pozur, nəticədə əl və ayaqlarda istilik hissinə təsir edə bilər.
 

Bundan əlavə, siqaret əl və ayaqların daim soyuq olmasına təsir edən amil ola bilər. Nikotin qan damarlarını daraldır və qan axını gözə çarpacaq dərəcədə azaldır.
 

Normal şəraitdə soyuq əl və ayaqlar qorxuya səbəb olmamalıdır, lakin bunun əzalara qan tədarükünün azalması ilə əlaqədar olduğunu unutmayın.
 

Zaman keçdikcə bu təsir dırnaqların kövrəkləşməsinə, dərinin qurumasına və çatlamasına, həmçinin müəyyən nahiyələrdə rəngin dəyişməsinə səbəb ola bilər. Bədəndə sanki qarışqalar gəzirmiş kimi hiss edə bilərsiniz və ya əzalarda keyləşmə hissi ola bilər.

Alimlər qeyd edirlər ki, bu bölgələr soyuğa daha həssas və hətta kifayət qədər ağrılı ola bilər. Bundan əlavə, qan tədarükünün azalması əl və ayaqlardakı zədələrin sağalmasını ləngidə bilər, həmçinin infeksiyaların uzun müddət qalmasına və hətta böyüməsinə də səbəb ola bilər.
 

Vaxt keçdikcə qan axınının maneə törədilməsi sinir zədələnməsinə səbəb ola bilər və zədələnmiş sinirlər infeksiya riskinin artması ilə birlikdə hətta amputasiyaya səbəb ola bilər.
 

Buna görə də, mütəxəssislər əl və ayaqlar buzladıqda problemləri mütləq ailə həkiminizə bildirməyi tövsiyə edir.
 

Bundan əlavə, tədqiqatçılar qan dövranının yaxşılaşdırmaq üçün həkimə müraciət etməyi məsləhət görürlər - bütün bunlar uzun müddətdə həddindən artıq soyuq əl və ayaq problemini həll etməyə kömək edəcəkdir.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...