İnsanlar üçün “canlı təhlükə”: Quduz itlər dişləyərsə, nə etməli?

“Son 3 ayda Kliniki Tibbi Mərkəzə it dişləməsindən 321 nəfər müraciət edib”.
Bu barədə Sfera.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, bu dövr ərzində ölüm halı qeydə alınmayıb:
“Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir”, - məlumatda vurğulanıb.
Mütəxəssislərin fikrincə isə quduzluq çox ağır xəstəlik hesab edilir:
“Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır”.
Türkan,
Sfera.az