Azərbaycanda poliklinikanın tavanı çökdü: İşçilər və pasiyentlər...
Kateqoriya məlum deyil
Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.
Sfera.az-ın məlumatına görə, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.(Report)






