Menopoz dövründə dəriyə qulluq sirləri - Qısa zamanda əvvəlki gözəlliyinizi geri qaytarmaq mümkündür
Gənclik dövründə dərinin parlaqlığını və elastikliyini təmin edən hormonlar yaş keçdikcə dəridə mühüm dəyişikliklərə səbəb olur. Menopoz zamanı qadınların bədənində hormonal dəyişikliklər dəriyə qulluqdan qidalanmaya qədər bir çox sahədə daha çox xüsusi qulluq tələb edir. Kollagen istehsalının azalması, nəm balansının pozulması, mimik xəttlər və qırışların artması menopoz dövrünün ən nəzərə çarpan xüsusiyyətləridir. Menopoz dövrü də eynən körpəlik, yetkinlik və ya cinsi yetkinlik kimi bir mərhələdir. Bu dövrdə dərinizin xüsusi qulluğa ehtiyacı yaranır.
Sfera.az oxucular üçün menopozda dəriyə qulluq detallarını təqdim edir.
Dərinin quruluşu menopoz prosesi ilə birbaşa əlaqəlidir, çünki dərinin nəmlik, bərpa sürətini və elastikliyini təmin edən bir çox struktur bu dövrdə dəyişməyə başlayır.
Menopozda hormon səviyyəsinin azalması ilə yanaşı dəri problemləri də artmağa başlayır. Bu dövrdə kiçik, lakin effektiv üsullarla dəri quruluşunu qorumaq mümkündür.
Havanın çirklənməsindən metabolik fəaliyyətlərə qədər bir çox faktorla meydana gələn zəhərli molekullar hüceyrə balansının pozulmasına səbəb olur. Menopoz zamanı dərinin özünü qoruma və yenilənmə mexanizmi ləngiyir. Daimi qulluq dərinizə kömək edə bilər.
Dəri quruyur, mat və yorğun bir ifadə meydana gəlir. Estrogen hormonunun zəifləməsi ilə dəridə qırışlar artır və dəri parlaqlığını itirir. Dərinin altındakı damarlarda qan dövranı da zəiflədiyindən dəri daha cansız görünür. Dərinin özünü bərpa etmək qabiliyyəti ləngiyir. Boyun, yanaq və çənədə sallanmalar yaranır. Bundan əlavə, dəridə melaninin yığılması qəhvəyi ləkələrin yaranmasına səbəb olur.
Menopoz zamanı bütün bunlardan uzaq olmaq üçün müntəzəm dəriyə qulluq rutini vacibdir.
DƏRİ TƏMİZLƏMƏSİ
Dərinin təmizlənməsi istənilən vaxt və hər yaşda vacibdir. Ancaq menopozda dəri quruduğu üçün təmizləyici vasitə seçimində daha diqqətli olmaq lazımdır. Dəri təmizləyicisi alarkən onun tərkibində SLS, SLES və spirt olmamasına diqqət etməlisiniz.Bundan başqa süd və ya yağ şəklində olan təmizləyicilər dərini zərif təmizləyərək nəm itkisinin qarşısını alır.
Təmizləyicinin tərkibindən asılı olmayaraq dərinizdə qalan qalıqlar quruluğa səbəb ola bilər. Bu səbəbdən dərini tam təmizləyərək məsamələri sıxaraq təmizliyi tamamlayan spirtsiz toniklər gənclik dövrünüzün gizli qəhrəmanlarından biri olacaq.
Dəriyə Qulluq ÜÇÜN SERUMLAR
Menopoz zamanı dərinin elastikliyini təmin edən kollagen və elastin lifləri zəifləməyə başladıqda birbaşa dərinin altına nüfuz edən konsentratlı məhsullardan istifadə etməlisiniz. Yaşlanma əleyhinə serumlar dərinin dermis qatının yenidən qurulması prosesinə kömək edir.
Dəri səthinin möhkəm qalması və elastikliyini daha uzun müddət saxlaması üçün tərkibində A vitamini olan kremlər, C vitamini olan serumlar, qulluq kremləri çəkin.
Menopoz zamanı ləkələr
Tərkibində retinol olan məhsullar dəridəki ləkələrin və elastikliyin itirilməsinin qarşısını almaqda çox mühüm rol oynayır.
Gözlərdəki gənclik parıltısını üzə çıxarmaq üçün göz ətrafına xüsusi qulluq lazımdır. Dərinin ən incə hissəsi olan göz ətrafındakı incə xəttləri və qırışları dayandırmaq üçün xüsusi qulluq kremləri çox vacibdir.
Hüceyrə yenilənməsi bu dövrdə zəiflədiyindən, melanin yüksəlməsi qalıcı ləkələrə səbəb ola bilər. Menopozda dəri ləkələrinin yaranmasının qarşısını almaq üçün günəş qoruyucu kremlərdən istifadəni unutmamaq lazımdır.
Maskalar sayəsində dərinin bərpası prosesi sürətlənir. Serum və kremdən istifadə etməklə yanaşı həftədə iki-üç dəfə tətbiq edəcəyiniz qocalma əleyhinə maskalarla dəriyə qulluq etməyi də unutmamalısınız. Bu zaman ən yaxşı üsul peşəkar həkim-kosmetoloqların nəzarəti ilə müasir tibbin təqdim etdiyi - Plazma, Mezoterapiya və Biorevitalizasiya prosedurlarıdır. Hyaluron turşusunu dəriyə tətbiq edən zaman süni vəyaxud təbii gel şəklində yox məhz mezokokteyllər vasitəsilə tətbiq etməyə çalışın.
Hər zaman gözəl qalın.
Aynil






