Koronavirusun “kabus ştamı” hazırlandı, ilk sınağın dəhşəti... – “Odla oynayırlar, dayansınlar”

Koronavirusun “kabus ştamı” hazırlandı, ilk sınağın dəhşəti... – “Odla oynayırlar, dayansınlar”

Amerikalı alimlərin laboratoriyada ölümcül koronavirus hazırladığı ortaya çıxıb.

 

Sfera.az bildirir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Məlumata görə, Boston Universitetinin laboratoriyasında inkişaf etdirilən virusa “kabus ştamı” adı verilib. Sözügedən ştama yoluxmuş 10 siçandan 8-i laboratoriyada ölüb. Başqa sözlə, kabus variantı olaraq bilinən ştamın ölüm nisbəti yüzdə 80 faizdir.

 

Alimlər bu səviyyədə ölüm nisbəti olan virusun ortaya çıxmasını “kabus ssenarisi” olaraq xarakterizə ediblər. Tədqiqatçılar  “Vuhan Covid ştamı”na  “Omicron”un zülalını əlavə ediblər və bu da virusu orijinal formasından dəfələrlə daha ölümcül edib.

 

Araşdırmalar isə qısa müddət ərzində elm aləminin bir nömrəli gündəm məsələsinə çevrilib. İsrail hökumətinin aparıcı alimlərindən olan professor Şmuel Şapira “Bu, tamamilə qadağan edilməlidir. Onlar odla oynayırlar”, deyə söyləyib.

 

Lakin vurğulanıb ki, ABŞ bu istiqamətdə işləyən yeganə ölkə deyil. Ötən dövrdə Çinin “Koronavirus sənədləri” ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirilib və bu ölkənin də sirr olaraq saxladığı layihə deşifrə edilib. ABŞ mətbuatında yer alan sənədlərə görə, çinli alimlər son 6 ildə bioloji və genetik silahlar, o cümlədən koronavirusla bağlı araşdırmalar aparırlar. Eyni sənədlərə əsasən, Pekin administrasiyası bu layihəni mümkün “Üçüncü dünya müharibəsi” ssenarisinə hazır saxlayır. Sənədlərdə gözlənilənlərin əksinə olaraq, Üçüncü dünya müharibəsinin kimyəvi və nüvə silahları ilə deyil, bioloji silahlarla aparılacağı tezisi var.

 

Xatırladaq ki, ÜST dərc etdiyi hesabatda koronavirusun laboratoriya sızma ehtimalının son dərəcə aşağı olduğunu qeyd etmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...