ÜST-dən koronavirusla bağlı CİDDİ XƏBƏRDARLIQ: Hər üç qadından biri...

ÜST-dən koronavirusla bağlı CİDDİ XƏBƏRDARLIQ: Hər üç qadından biri...

ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus dünyaya ciddi xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, “The Guardian” özəl açıqlama verən Tedros koronavirusa yoluxanların uzunmüddətli simptomlar yaşadığını deyib. Onun sözlərinə görə, COVİD-19-a yoluxub sağ qalmış şəxslərin 10-20 faizi hələ də yorğunluq, nəfəs darlığı və koqnitiv disfunksiya kimi problemlərlə üzləşir:

 

“Koronavirus on milyonlarla insanın həyatını və dolanışıq vasitələrini məhv edib, səhiyyə sistemlərinə və iqtisadiyyata ziyan vurub. Dünya ölkələrini "təcili" və "davamlı" fəaliyyət planına başlamağa çağırıram. Əks halda dünya çox ciddi böhranla qarşı-qarşıya qalacaq. Virusa yoluxan çoxlu sayda insan, hələ də infeksiya dalğalarından əziyyət çəkən səhiyyə sistemlərinə və iqtisadiyyatlara təhlükəli təsir göstərir”.

 

Bu ay dərc edilən araşdırmalara əsasən isə, təkcə Avropada 17 milyon insan pandemiyanın ilk iki ilində uzunmüddətli koronavirus simptomları yaşayıb. Hesabata görə, hər üç qadından biri və beş kişidən birində bu ehtimal müşahidə olunub. ÜST qeyd edib ki, dünya artıq xəstəlik, ölüm, yorğunluq və planlaşdırılmamış təqaüdə çıxmaqla öz işçi qüvvəsinin əhəmiyyətli bir hissəsini itirib.

 

Tedros Adhanom Ghebreyesus “uzunmüddətli koronavirus”la mübarizə səylərini inkişaf etdirmək üçün 5 əsas elementin vacibliyini vurğulayıb: “Ölkələr xəstələri dinləməli, “Long Covid” siyasətinin formalaşdırılması üçün ilk biliklərdən istifadə edilməli, vəziyyəti daha yaxşı başa düşmək üçün məlumat toplanmalıdır. Bundan əlavə, dünya miqyasında məlumat boşluqlarını sürətlə aradan qaldırmaq işlər aparılmalı, infeksiyaların qarşısını almaq üçün ilk növbədə Covid testlərinə, müalicələrinə və peyvəndlərinə ədalətli giriş təmin edilməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı - VİDEO - FOTOLAR

FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.   Bil...

Sabah 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Sfe...

Bu universitetə rektor əvəzi təyin edildi - FOTO

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.   Sfera.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin Direktorl...

Ay peykinin daxilində nə var? - "Yerə bənzəyir" - FOTOLAR

Ay peykinin daxili quruluşu ilə bağlı illərdir davam edən sirr, son araşdırmalarla nəhayət açılıb. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) astronom ...

Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"

Belarus bu ilin sonuna kimi Rusiyanın ən son orta mənzilli “Oreşnik” ballistik raket sisteminin iki buraxılış qurğusunu istifadəyə verməyə hazırdır....

Azərbaycanda uşaq bağçasında uçqun - dağıntılar altında az yaşlı var

Bərdədə uşaq bağçasında uçqun olub.     Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər...