Logo

COVID-19-la bağlı daha bir yenilik: Sprey formasında vaksinlər..

COVID-19-la bağlı daha bir yenilik: Sprey formasında vaksinlər..
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin sprey formasında vaksini təsdiqləyən ilk ölkə olub.

Sfera.az bildirir ki, “Convidecia Air” adlı peyvənd “xatırlatma dozası” kimi istifadə olunacaq.

Məlumata görə, sprey koronavirusun genetik kodunun bir hissəsini zərərsiz adenovirusun tərkibində insan orqanizminə ötürür.

Sözügedən vaksin su buxarı şəklində nəfəsə çəkilir. Araşdırmalar isə peyvəndin yaxşı qorunma təmin etdiyini göstərib.

Qeyd olunub ki, ABŞ, İngiltərə və Türkiyədə də oxşar peyvəndlər üzərində tədqiqatlar aparılır. Alimlərin fikrincə, COVID-19 adətən yuxarı tənəffüs yollarından bədənə daxil olduğundan hazırlanan peyvənd əlavə qoruma təmin edə bilər.

Qeyd edək ki, vaksin Çində tək istifadə üçün deyil, “xatırlatma dozası” kimi istifadə üçün təsdiq edilib. Mütəxəssislər isə xəbərdarlıq edib ki, payızda həm qrip, həm də koronavirusun yayılması arta bilər.

Günay Rəsulqızı,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR