COVİD-19 bu ölkədə can almağa başladı – Dünya həyəcanla izləyir

COVİD-19 bu ölkədə can almağa başladı – Dünya həyəcanla izləyir

 İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya Argentinadan gələn xəbərlə sarsılıb.

Sfera.az bildirir ki, “İndependent” qəzetinin məlumatına görə, ölkədə pnevmoniyaya bənzəyən müəmmalı xəstəlik aşkarlanıb.

 

Qeyd olunub ki, xəstəlik səbəbindən 3 nəfər dünyasını dəyişib. Səhiyyə rəsmiləri daha 6 nəfərin "mənşəyi bilinməyən pnevmoniya"ya yoluxduğunu açıqlayıb. Ölümlər və ortaya çıxan yoluxma faktları yeni bir virusla əlaqəli narahatlıqları artırıb. Səlahiyyətlilər xəstəliyə tutulan şəxslərdə “Covid” və qrip testlərinin mənfi çıxdığını vurğulayaraq, bunun yeni bir virus olduğunu deyiblər.

 

Tucuman əyalətinin səhiyyə naziri Luis Medina Ruiz xəstəliyə yoluxan insanların intensiv ağciyər infeksiyaları yaşadıqlarını və nəfəs almaqda çətinlik çəkdiklərini söyləyib. Sözügedən xəstəlik şəhərdəki özəl xəstəxanada müalicə olunan səkkiz tibb işçisində də görülüb. Bildirilib ki, xəstəliyə tibb işçilərində rast gəlinməsi virusun yayılma sürətinin yüksək ola biləcəyinə işarədir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR