Metro çıxışlarındakı təhlükə - “Zəhərlənə bilərik...”

Metro çıxışlarındakı təhlükə - “Zəhərlənə bilərik...”

Əksər metro çıxışlarında şirniyyat məhsullarının satıldığı müşahidə edilir. Bunlara əsas paxlavalar, bamiyələr, noğullar və.s daxildir. Hazırda isə havalar kifayət qədər istidir, buna baxmayaraq çöldə məhsulların satışı davam edir.

Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, istənilən qida məhsulu yararlılıq müddətində, hətta yeni istehsal olduğu halda da elə bir şəraitdə saxlanıla bilər ki , qısa müddətdə xarab olar, istehlakçı üçün tam yararsız vəziyyətə gəlib çıxar:

 

“Bu cür məhsullar insanları zəhərləyə də bilər. Ona görə də bütün qida məhsullarının soyuq zəncir üzrə istehlakçıya çatdırılması həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində də bu məsələlər önə çəkilir. Bütün qida məhsulları soyuq zəncir üzrə - yəni onun istehsalı, saxlanması, daşınması, satılması bu istiqamətdə olmalıdır. Qeyd etdiyiniz kimi qida məhsullarının isti yay aylarında, soyuducalarda saxlanmadan satılması əlbəttə,  insanların tədrici zəhərlənməsinə, bəlkə də ani zəhərlənməsinə səbəb ola bilər”.

 

Ekspert tövsiyə edib ki, belə halları görən istehlakçılar 1003 “Çağrı mərkəzi”nə (AQTA-nın “qaynar xətt”i) məlumat versin: “ Bu cür qida məhsulları – istər paxlava olsun və ya başqa şirniyyatlar artıq istinin təsirindən arzuolunmaz hala gəlib çıxmış məhsullardır. Onları istehlak etmək olmaz”,

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR