COVİD-19-la bağlı YENİ ARAŞDIRMA: Yoluxandan iki il sonra..

COVİD-19-la bağlı YENİ ARAŞDIRMA: Yoluxandan iki il sonra..

COVİD-19-a yoluxan insanlarda iki il sonra beyin dumanı, demans və epilepsiya diaqnozları digər tənəffüs yoluxucu infeksiyalardan daha çox yayılır.

Sfera.az bildirir ki, bu barədə Oksford Universitetinin son araşdırmasında qeyd olunub. Mütəxəssislər virusun insanların gündəlik həyatına mənfi təsir etdiyini vurğulayıb.

 

Əvvəlki araşdırmalar böyüklərin koronavirus infeksiyasından altı ay sonra beyin və psixi sağlamlıq vəziyyətləri riskinin artdığını irəli sürmüşdü. Bu tədqiqatda isə əsasən ABŞ-da COVİD-19-dan iki il sonra 1,25 milyon xəstədə 14 müxtəlif pozğunluq riskləri araşdırılıb. Qeyd olunub ki, koronavirusa yoluxan bir qrup şəxsdə iki ildən sonra yeni hallar müşahidə edilib:

 

- 65 yaşdan yuxarı şəxslərdə demans, insult və beyin dumanı

 

- 18-64 yaşlı böyüklərdə beyin dumanı

 

- Uşaqlarda epilepsiya və psixotik pozğunluqların ümumi riskləri

 

Tədqiqat göstərib ki, yetkinlərdə artan depressiya və narahatlıq riski normal səviyyəyə qayıtmazdan əvvəl iki aydan az davam edir. Oksford Universitetinin psixiatriya şöbəsinin professoru Paul Harrison, demans və epilepsiya kimi bəzi xəstəliklərin COVİD-19-dan sonra müşahidə edilməsinin "narahatedici" olduğunu söyləyib. Lakin o, koronavirusa görə depressiya və narahatlıq hallarının "qısa müddətli", uşaqlarda görülməməsinin isə "yaxşı xəbər" olduğunu vurğulayıb. Tədqiqatçılar bildiriblər ki, təsirə məruz qalanların sayı kifayət qədər olsa da, bu,  "sunami” deyil: “Amma bəzilərinin tibbi yardıma ehtiyacı ola bilər ki, bu da səhiyyə xidmətlərinə təzyiqi artıra bilər”.

 

“Lancet Psychiatry”də nəşr olunan tədqiqatda infeksiyadan iki il sonra yeni diaqnozu olan insanların sayını təhlil olunub. Həmçinin, diaqnozdan sonra hər bir vəziyyətin nə qədər ağır olduğuna və ya nə qədər davam etdiyinə, digər infeksiyalarla müqayisəsinə nəzər salınıb.

 

Sözügedən araşdırma ilə bağlı danışan Liverpul Tropik Tibb Məktəbinin professoru Paul Qarner isə pandemiyanın insanların həyatını fərqli şəkildə dəyişdirdiyini söyləyib. O, demans və psixozdakı kiçik artımları virusun birbaşa təsiri ilə deyil, yaşadığımız sosial sarsıntı və distopiya ilə əlaqələndirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...