Alimlərin qəhvə ilə bağlı 10 illik araşdırması: Ömrünüzü uzatmaq istəyirsinizsə....

Alimlərin qəhvə ilə bağlı 10 illik araşdırması: Ömrünüzü uzatmaq istəyirsinizsə....

İnanların qəhvə qəbulu alimlər tərəfindən yaxından araşdırılır. Avropalı bir araşdırmada, müntəzəm olaraq qəhvə içməyin ömrü uzatmaqda təsirli olduğu ortaya çıxıb. 10 illik araşdırmaya görə, müntəzəm qəhvə içənlər içməyənlərdən 12 faiz daha çox yaşayırlar.

 

"Qəhvə ömrü uzadır?"

 

Sfera.az xəbər verir ki, bu suala cavab İngiltərə və Macarıstanın iki universitetinin birgə tədqiqatında axtarılıb.

 

Elmi qrup 10 il ərzində 500 minə yaxın insanı müayinə edib. Məlum olub ki, müntəzəm qəhvə içənlər içməyənlərdən 12 faiz daha çox yaşayır. Ancaq dənəvər qəhvələr bu əhatəyə daxil deyil. Həmçinin qeyd olunub ki, istifadə olunacaq qəhvə üyüdülmüş olmalıdır

 

“Ürək və damar xəstəliklərinə tutulma riski azdır”

 

Araşdırma zamanı iştirakçıların 22 faizi qəhvə içmədiyi halda, 58 faizi müntəzəm olaraq hər gün 1-3 fincan qəhvə içib. Qalanları gündə ən azı 3 fincan qəhvə içib.

Bildirilir ki, müntəzəm olaraq qəhvə istifadə edənlərdə ürək-damar xəstəlikləri və insult riski yüzdə 20 faiz azdır.

 

“Gündəlik qəhvə qəbulu 3 fincandan çox olmamalıdır”

 

Nəzərə alınacaq məqam qəhvənin qəbul tezliyidir.

 

Tədqiqatın mütəxəssisləri sağlam bir insanın gündə 3 fincandan çox qəhvə içməməsini tövsiyə edirlər.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR