İsti havada içdiyimiz su hansı temperaturda olmalıdır?

İsti havada içdiyimiz su hansı temperaturda olmalıdır?

İsti havada su içmək çox vacibdir. Mütəxəssislərin fikrincə, sağlamlıq baxımından suyun miqdarı qədər suyun necə qəbul edildiyi də önəmlidir. 


İnsanların çoxu gün ərzində litrlərlə su içir, bəziləri isə su içməyi unudurlar. “İsti su iç” deyənlər də var, “soyuq su maddələr mübadiləsini sürətləndirir, arıqladır” deyənlər də var...

 

Bəs içdiyimiz suyun dərəcəsi nə qədər vacibdir?

 

Sfera.az bildirir ki, diyetoloq Neslihan Öztürk Aktəpə bu suala belə cavab verib:

 

"Bədənimizin bir ritmi var. Bu ritmi pozmamaq üçün nə çox soyuqda, nə də həddindən artıq istidə yaşaya bilərik. 22-25 dərəcə çox yaxşıdır, ona görə də bu temperaturda su həzm sistemi üçün əslində daha faydalıdır. Biz otaq temperaturunda suya üstünlük veririk".

 

Həmçinin Ö. Aktəpə bildirb ki, daim soyuq su içmək qan şəkəri balansını pozur.

 

Soyuq su içmək arıqlamağı sürətləndirir?

 

Həkim soyuq su içmək ilə arıqlamaq arasında heç bir əlaqə olmadığını ifadə edib:

 

"Çox soyuq su içdiyiniz zaman mədəniz tez boşalır. Yəni arıqlayacağım dediyiniz zaman əslində qan şəkəri balansını qoruya bilmirsiniz".

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR