Gün ərzində su içməyi nə zaman dayandırmalıyıq?

Gün ərzində su içməyi nə zaman dayandırmalıyıq?

İnsan bədəninin 80%-ni əhatə edən su həyat mənbəyidir. Araşdırmalara görə, insanlar uzun müddət qidasız qala və yalnız su içməklə yaşaya bilərlər. Ona görə də insan sağlamlığı üçün mühüm yeri olan suyun vaxtında qəbul edilməsi orqanizm üçün daha çox faydalıdır.

 

Sfera.az uzman həkimlərin su ilə bağlı məsləhətlərini təqdim edir:

 

Su içməyi nə zaman dayandırmalıyıq?

 

Ümumiyyətlə, yatmazdan iki saat əvvəl su içməyi dayandırmaq məsləhət görülür ki, gecənin ortasında yuxudan oyanıb tualetə getməyəsiz.

Yatmazdan əvvəl bir stəkandan artıq su içməmək və suyu yavaş-yavaş içmək vacibdir. Əslində bu vəziyyət təkcə suya aid deyil. Həmçinin gecə yatmazdan iki saat əvvəl çay, qəhvə və meyvə şirələrinin qəbulunu da dayandırmalısınız.

 

Niyə yatmazdan əvvəl su içmək olmaz?

 

Yaxşı bir gecə yuxusu  çox vacibdir. Gecə yuxudan oyanmaq və tualetə getmək yuxunuzu pozan amillərdən biridir.

Gecə oyanmaq yuxu rejiminizi poza bilər və yenidən yuxuya getməyinizə səbəb ola bilər. Arada bir tualetə getmək üçün ayağa qalxmaq problem olmasa da, davamlı yuxu fasilələri ciddi problemlərə səbəb ola bilər. Yuxunuz hər gecə davamlı olaraq pozulduqda yuxu keyfiyyətinizin aşağı düşməsinə səbəb olacaq.

Həkimlər xəbərdarlıq edir ki, yuxusuzluq problemi yaşayan insanların immun sistemi güclü olmur.

Yuxu immunitet sistemindən tutmuş, psixi sağlamlığa qədər bir çox sahə ilə birbaşa bağlıdır. 

 

Yatmazdan əvvəl su içmənin faydaları varmı?

 

Axşam saatlarında orta miqdarda su içmək orqanizminiz üçün faydalı ola bilər. Su bədənin nəmli qalmasına kömək edir, oynaqların yaxşı işləməsini dəstəkləyir və bədəndə müxtəlif funksiyalar üçün vacibdir.

 

Su qəbulunu gün ərzində bərabər hissələrə bölmək və balanslı şəkildə içmək lazımdır. Həmçinin yatmazdan əvvəl su içməyin. İçdiyiniz suyun miqdarına da diqqət yetirməyi unutmayın.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...