Payızda dünya yeni epidemiya ilə qarşılaşacaq: Son 5 həftədə yoluxma artır

Payızda dünya yeni epidemiya ilə qarşılaşacaq: Son 5 həftədə yoluxma artır

Dünyada son 5 həftədə COVID-19-a yoluxma hallarının yenidən artması müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı həftəlik hesabata görə, ötən həftə dünyada 5,7 milyon COVID-19-a yoluxma faktı aşkar edilib. Yoluxmaların sayı isə əvvəlki həftə ilə müqayisədə 6 faiz artıb.


Sfera.az xəbər verir ki, 2022-ci ilin mart ayından etibarən azalan yoluxma sayı iyunun ikinci yarısından etibarən yenidən artmağa başlayıb. Artımın dünyada “Omicron” variantının yüksək yoluxucu alt variantlarının yayılmasının artması ilə əlaqədar olduğu təxmin edilir.


Digər tərəfdən, ÜST qeyd edib ki, yoluxmaların sayının artmasına baxmayaraq, virusa bağlı ölümlərdə ciddi artım müşahidə olunmayıb. Ötən həftə dünya üzrə 9800 ölüm qeydə alınsa da, əvvəlki həftə ilə müqayisədə bu rəqəm dəyişməyib. Regional olaraq, ən çox artım Qərbi Sakit Okean (28%) və Yaxın Şərqdə (25%) müşahidə olunub.


Bu variantlara yoluxmanın daha sürətlə baş verməsinə səbəb peyvəndlərin yaratdığı immunitetə müqavimət göstərmək imkanı ilə bağlıdır. Trend davam edərsə, payızda bütün dünyada yeni epidemiya dalğasının baş verə biləcəyi proqnozlaşdırılır.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...