ÜST-dən daha bir ölümcül virusla bağlı xəbərdarlıq – “Artıq iki nəfər ölüb”

ÜST-dən daha bir ölümcül virusla bağlı xəbərdarlıq – “Artıq iki nəfər ölüb”

ÜST daha bir ölümcül virusla bağlı məlumat yayıb.

Sfera.az bildirir ki, qurum Afrika ölkəsi olan Qanada epidemiya elan edib. Belə ki, dünyanın ən ölümcül viruslarından biri olan “Marburq” bu ayın əvvəlində sözügedən ölkədə görülüb və həyatını itirən 2 xəstənin nümunələri analiz üçün laboratoriyaya göndərilib. Ümumdünya Səhiyyə Təşkilatı test nəticələrinin Marburq virusunu təsdiqlədiyini açıqlayıb.

 

Məlumata görə, Ebola ilə eyni ailədən olan yüksək yoluxucu hemorragik qızdırma insanlara meyvə yarasaları vasitəsilə yayılır.

 

Qeyd olunub ki, ilk yoluxma hadisəsi iyunun 26-da xəstəxanaya yerləşdirilən və bir gün sonra vəfat edən 26 yaşlı kişidə olub. İkinci hadisə isə iyunun 28-də xəstəxanaya gedən və elə həmin gün dünyasını dəyişən 51 yaşlı kişidə müşahidə edilib. ÜST hər iki şəxsin eyni xəstəxanada müalicə olunduğunu vurğulayıb. Bununla bağlı ÜST-nin Afrika üzrə regional direktoru  Matshidiso Moeti  "Səhiyyə rəsmiləri cəld reaksiya verdilər və mümkün bir epidemiyaya hazırlaşmaq üçün işə başladılar. Bu yaxşı xəbərdir, çünki təcili və qətiyyətli tədbir görülməsə, ”Marburq” asanlıqla nəzarətdən çıxa bilər”, deyə söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...