“Omicron”un yeni alt variantı aşkarlandı, yoluxma artacaq - ƏLAMƏTLƏR

“Omicron”un yeni alt variantı aşkarlandı, yoluxma artacaq - ƏLAMƏTLƏR

Elm adamları  “Omicron” ştamının yeni alt variantı BA.5-la bağlı həyəcan təbili çalıb.

Sfera.az bildirir ki, dünyanın pandemiyanın başlamasından təxminən iki il yarım sonra ən yoluxucu variantla qarşı-qarşıya olduğu vurğulanıb.

 

Mütəxəssislər sözügedən variantın yoluxma hallarını yenidən artıracağını bildiriblər. “CNN İnternational”da dərc olunan xəbərə əsasən,  BA.5 pandemiyanın bitməsinə mane olacaq. “New York Times” qəzetində isə bu variantın beş əsas əlaməti sadalanıb. Bunlara öskürək, burun axması, boğaz ağrısı, yorğunluq, baş və əzələ ağrıları daxildir.

 

Tədqiqatçılar qeyd ediblər ki, BA.4 və ya BA.5 virusuna yoluxmuş insanların,  “Delta” və ya koronavirusun digər variantlarına yoluxmuş şəxslərlə müqayisədə dad və qoxu hisslərini itirmək və ya nəfəs darlığı yaşamaq ehtimalı azdır.

 

Hələlik bu alt variantın “Omicron”un əvvəlki versiyalarından daha ağır xəstəliklərə səbəb olduğunu sübut edəcək heç bir faktın  olmadığını deyən professor Adam Ratner fikirlərini bu cür davam etdirib: “BA.4 və BA.5 variantlarına daha çox insan yoluxduqca həm böyüklər, həm də uşaqların xəstəxanaya yerləşdirilməsində artım müşahidə olunacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR