Maska tələbi bərpa olunacaq? – Koronavirusa qarşı payız hazırlığı

Maska tələbi bərpa olunacaq? – Koronavirusa qarşı payız hazırlığı

“Koronavirusa yoluxma hallarının payız mövsümündə artması gözləniləndir”.

Bunu Sfera.az-a açıqlamasında infeksionist Nicat Əzimli deyib. Müsahibimiz bildirib ki, bununla bağlı müxtəlif dünya ölkələri öncədən müəyyən planlar qurur:

 

“Lazım olan tədbirləri gecikmədən yerinə yetirmək üçün qərarlar verilir. Məsələn, bir neçə həftə öncə Almaniyada maska tələbinin payız mövsümünün daxil olması ilə yenidən gündəmə gətirilməsi haqqında müzakirələr aparıldı. Bu, onunla izah olunurdu ki, payız fəslində xəstəliyin təbii olaraq artımı gözləniləndir və bunun vaxtında qarşısını almaq daha məqsədəuyğundur. Öncəki illərdə bu istiqamətdə qərarların gecikməsi səbəbindən yoluxmalardakı artım idarəolunmaz həddə çatmışdı. Bu halların baş verməməsi üçün bu il fərqli yanaşma irəli sürülüb”.

 

Mütəxəssis qeyd edib ki, COVİD-19-a yoluxmaların artımı gözlənilsə də, bunun nə dərəcədə olacağı və insanlara necə təsir edəcəyi barədə indidən proqnoz vermək mümkün deyil:

 

“Ümid edirik ki, gözlənilən artım minimal həddə və idarəolunan səviyyədə olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR