Logo

ÜST-dən XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşə bilər…”

ÜST-dən XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşə bilər…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-a yoluxma hallarının 100-dən çox ölkədə artdığına diqqət çəkib.

Sfera.az xəbər verir ki, Qebreyesus açıqlamasında COVID-19-un alt variantları olan BA.4 və BA.5-in 110 ölkədə yoluxma hallarının artmasına səbəb olduğunu ifadə edərək, qlobal vəziyyətin kəskinləşə biləcəyinə diqqət çəkib.

Epidemiyanın hələ bitmədiyinə işarə edən Qebreyesus: “Epidemiya forması dəyişir, amma bitməyib. Hesabat və genomik ardıcıllıqlar azaldıqca, virusu izləmək qabiliyyətimiz təhlükə altına düşür, yəni Omikronu izləmək və gələcəkdə yaranan variantları təhlil etmək çətinləşir",-deyə bildirib.

ÜST sədri bütün ölkələrin əhalisinin ən azı 70 faizinin peyvənd edilməsi tələbi ilə bağlı müddətin daraldığına da diqqətə çatdırıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR