Azərbaycanda xəstəxanaların sayı azaldılır

Azərbaycanda xəstəxanaların sayı azaldılır

Son illərin statistikasına əsasən Azərbaycanda fəaliyyət göstərən xəstəxana müəssisələrinin sayı azaldılır. Ötən il isə xəstəxana sayında azalma daha böyük olub.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2019-cu ildə ölkəmizdə 570 xəstəxana olduğu halda onların sayı 2020-ci ildə 518 ədədə, 2021-ci ildə 342 ədədə enib.

 

Xəstəxanaların sayının azalması çarpayı sayının da azalmasına səbəb olub. 2019-cu ildə 44,3 min olan çarpayı sayı ötən ilin sonunda 39,1 minə enib.

 

Azalmadan sonra əhalinin hər 10 min nəfərinə düşən çarpayı sayı 44,5 ədəddən 38,9 ədədə geriləyib.

 

Qeyd edək ki, xəstəxanaların sayının azalması səhiyyə sistemində aparılan islahatlarla əlaqələndirilir.

 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR