Logo

Uğur Şahindən xəbərdarlıq: “Yeni vaksinasiya başlamalıdır”

Uğur Şahindən xəbərdarlıq: “Yeni vaksinasiya başlamalıdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türk alim Uğur Şahin koronavirusun Omikron variantının peyvəndlərdən yayına bilən yeni subvariantını aşkar etdiklərini ifadə edib.

Sfera.az bildirir ki, alim yeni dalğanın qarşısını almaq üçün səlahiyyətliləri alt varianta qarşı yaratdıqları peyvəndin təsdiq prosesini sürətləndirməyə çağırıb.

COVID-19 pandemiyasında həyat yoldaşı Özlem Türeci ilə birlikdə hazırladıqları mRNA peyvəndi ilə epidemiyanın aradan qaldırılmasında böyük payı olan Uğur Şahin bu barədə Britaniyanın “Financial Times” qəzetinə açıqlama verib.

O, yeni peyvəndlərin kütləvi istehsala keçməsinin üç aya qədər çəkə biləcəyini ifadə edib:

"Əlavə klinik sınaqlara ehtiyac olmadan peyvəndi ən son məlumatlara uyğunlaşdırmaq imkanının olması faydalı olardı”.

Əzizə Zeynal 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR