Bütün gün özünüzü yorğun hiss edirsiniz? - Bu 9 vərdişi dəyişdirməlisiniz!

Bütün gün özünüzü yorğun hiss edirsiniz? - Bu 9 vərdişi dəyişdirməlisiniz!

Bəzi insanlar erkən saatlarda yuxuya gedib, səkkiz saat yatmaqlarına baxmayaraq, bütün günü özlərini yorğun hiss edirlər.

 

Sfera.az bildirir ki, gözəllik və sağlamlıq barədə məlumatlar təqdim edən “Joy Home Remedies” qrupuna görə, insanda günboyu yuxusuzluğa səbəb olan doqquz pis vərdiş var. “Daily Mail”də dərc olunan yazıya əsasən, birdən çox pis vərdişi olan insanlar iş saatlarında yorğunluqdan şikayətlənirlər.

 

Mütəxəssislər insanı yorğun hiss etdirəcək 9 vərdişi belə sıralayıb:

 

Səhər zəngini ertələmək – Ekspertlərin fikrincə, səhər zənginə oyanıb yataqdan qalxmaq əvəzinə, onu ertələyənlər gün boyu özlərini mürgülü hiss edirlər.


Telefona baxmaq - Gözlərinizi açdıqdan dərhal sonra telefonunuzu heç vaxt yoxlamamalısınız. Zehninizin gün ərzində tədricən oyanmasına icazə vermək vacibdir, onu həddindən artıq çox məlumatla yükləmək enerjisini itirir.


Əsnəməyi unutmaq - Gecəboyu boş və açıq qalan əzələlərlə oynaqlar sərtləşə bilər. Bu o deməkdir ki, hər səhər onları yenidən uzatmalısınız.


Qəhvə içmək - Mütəxəssislər deyirlər ki, səhərlər ilk iş qəhvə içmək günün qalan hissəsində yorğunluq hissi yarada bilər. Buna görə səhər ilk növbədə su içmək daha yaxşıdır.


Səhər yeməyindən imtina etmək - Səhər yeməyinin əhəmiyyətini vurğulayan mütəxəssislər, günorta çökməyə səbəb ola biləcək yüksək şəkərli qidaları seçməkdənsə, daha balanslı qidalar yeməyin vacibliyini vurğulayıblar.


Yeməkdən dərhal sonra dişləri fırçalamaq – Ekspertlərin fikrincə, səhər yeməyində turşulu qidalar qəbul etmisinizsə, bu xüsusilə zərərlidir. “Ən yaxşısı səhər yeməyindən sonra diş ipindən istifadə etmək və ya fırçalamadan əvvəl ən azı yarım saat gözləməkdir”, - deyə mütəxəssislər qeyd ediblər.


Çarpayını yığışdırmamaq - Tədqiqatçılar hesab edirlər ki, səhərlər yatağınızı düzəltmək kimi müsbət vərdişlərin inkişafı gün ərzində daha yüksək məhsuldarlığa səbəb olur.


İsti duş qəbul etmək - İsti duş çox faydalıdır, lakin yuxu mütəxəssisləri ritualı axşama buraxmağı məsləhət görürlər. Çünki bu, özünüzü rahat hiss etməyə və yuxuya getməyə kömək edir. Soyuq duş sizi daha tez oyandıracaq və gün ərzində təravətli hiss edəcəksiniz.


Qaranlıqda hazırlaşmaq - Mütəxəssislər “İşıqdan nə qədər uzaqlaşsanız, bir o qədər yuxulu olursunuz. İşığın olmaması bədəninizə hələ gecə olduğunu bildirir, bu da yuxululuğa səbəb olur” deyə xəbərdarlıq edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...