Logo

ÜST meymunçiçəyinin ən çox yayıldığı Avropa ölkələrini açıqladı - SİYAHI

ÜST meymunçiçəyinin ən çox yayıldığı Avropa ölkələrini açıqladı - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun daha çox Avropa ölkələrində müşahidə edildiyini açıqlayıb.

Sfera.az bildirir ki, qurum Avropada 911-dən çox təsdiqlənmiş və ya şübhəli hal olduğunu bildirib. Virusun 30-a yaxın ölkədə müşahidə edildiyini deyən ÜST üzdə və bədənin qalan hissəsində dəri səpgiləri, qızdırma, baş ağrısı kimi əlamətlərə səbəb olduğu bilinən və yaxın təmasla yayılan meymunçiçəyinin  indiyə qədər ən çox görüldüyü yerləri bu cür sadalayıb:

İngiltərə,

İspaniya,

Portuqaliya,

Kanada,

Almaniya,

Fransa,

Hollandiya,

ABŞ

Məlumata görə, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya da daxil olmaqla, Birləşmiş Krallıqda indiyədək ümumilikdə 225 yoluxmanın təsdiqləndiyi bildirilib.

İspaniyada 186, Portuqaliyada 153, Kanadada 80, Almaniyada 65 və Fransada 51 hadisə təsdiqlənib. Bundan əlavə, Hollandiyada 40, ABŞ-da 25, İtaliyada 20, Belçikada 17, İsveçrədə 8, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 8, İrlandiyada 6, Avstraliyada 6, Çexiyada 6 hadisə qeydə alınıb. Türkiyə, Sloveniyada 6, İsveçdə 5, Danimarkada 3, İsraildə 2 yoluxma faktı olub.

Qurum əlavə edib ki, Avstriya, Finlandiya, Macarıstan, Latviya, Malta, Norveç, Cəbəllütariq, Mərakeş, Argentina və Meksikada bu günə qədər ən azı 1 yoluxma halı təsdiqlənib.

Günay Rəsulqızı
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR