Valideynlərin NƏZƏRİNƏ: Bu uşaqlara dondurma vermək olmaz!

Valideynlərin NƏZƏRİNƏ: Bu uşaqlara dondurma vermək olmaz!

"Uşaqda ağ ərpli tonzillit, günlərlə davam edən qızdırma, antibiotikə baxmayaraq yaxşılaşma olmursa, mütləq EBV (Epşteyn-Barr virus) tonzilliti ola biləcəyi də düşünülməli və analiz götürülməlidir".


Sfera.az bildirir ki, bunu tanınmış həkim pediatr Günay Rəsulova deyib. Mütəxəssis valideynləri diqqətli olmağa çağırıb və  irinli anginanı silməyin qəti qadağan olduğunu vurğulayıb:


“Əgər uşaqda angina 1 ildə 7-8 dəfə, 2 il ard-arda hər il ən az 5 dəfə, 3 il ərzndə hər il ən az 3 dəfə olursa, yarada biləcəyi risklərə görə kəsdirilməlidir. Son günlər dondurma yediyi üçün angina olan uşaqların sayı çoxalıb. Soyuq havaya, soyuq içməyə, yeməyə öyrədilməmiş uşağa soyuq qida, həmçinin dondurma bir stres faktoruna çevrilərək immuniteti düşürdüyü üçün anginaya səbəb ola bilər”.


Pediatr əlavə edib ki, xəstələnməmək üçün dondurmanı uşağa havanın isti saatlarında, kiçik hissəciklərlə, hər gün olmamaq şərtilə vermək lazımdır:
"Tərkibində çox kimyəvi rəngləndiricisi olmayan, keyfiyyətli marka, saxlanma şəraitinə düzgün riayət edilmiş, soyuq zinciri qırılmadan saxlanılan (yaxşı olar ki, meyvəli, az şəkərli) dondurmalara üstünlük vermək lazımdır".

 

Günay Rəsulqızı
Sfera/azx


OXŞAR XƏBƏRLƏR

Tramp İranla bağlı sənədi imzaladı: Azərbaycan və bölgə üçün təsiri nə olacaq? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdə...

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.   Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-lər...