Meymunçiçəyi də Vuhandan yayılıb? - İnanılmaz iddia
Bütün dünyada böyük maraq və narahatlıq doğuran meymunçiçəyi virusu ilə bağlı diqqətçəkən iddialar səsləndirilib.
Sfera.az bildirir ki, bu iddialardan biri virusun COVİD-19-un yarandığı Çinin Vuhan şəhərindən yayıla bilmə ehtimalıdır.
“Newsweek” jurnalının xəbərinə görə, ABŞ-ın sağçı fəalı Çak Kallesto “Twitter” hesabında meymunçiçəyinin sözügedən şəhərdəki laboratoriyadan sızdığını irəli sürüb. “Vuhan Laboratoriyası keçən il meymunçiçəyi üzərində işləyirdi”, tviti qısa müddət ərzində sosial mediada səs-küy yaradıb.
Digər iddia isə meymunçiçəyi virusunun dəyişdirilmiş versiyasının Rusiyanın işğalı altında olan Ukraynadakı laboratoriyadan sızdırılmasıdır. Bunun arxasında terror təşkilatlarının ola biləcəyi də bildirilib. Mütəxəssislər isə səsləndirilən fikirlərin əsassız olduğunu vurğulayıblar.
Günay Rəsulqızı
Sfera.az