Həkimdən spirtli içkilər barədə XƏBƏRDARLIQ: Bu insanlarda...

Həkimdən spirtli içkilər barədə  XƏBƏRDARLIQ: Bu insanlarda...
Spirtli içki qəbul edən zaman, onun tərkibindəki alkoqol alkoqol-dehidrogenaza (ADH) fermentinin təsirindən asetilaldehidə çevrilir, bu da öz növbəsində asetilaldehid-dehidrogenaza (AsDH) fermentinin təsirindən sirkə turşusuna çevrilir. Gəlin bu fermentlərin aktivliyi ilə bağlı bir neçə variantı nəzərdən keçirək. Tutaq ki, sizdə genetik olaraq hər iki ferment kifayət qədər aktivdir. Bu zaman qəbul edilən alkoqol dərhal sirkə turşusuna çevriləcək və o da öz növbəsində karbon qazı və suya parçalanacaq. Bu cür adam çoxlu spirtli içki qəbu etsə də, demək olar ki, sərxoş olmur və alkoqolun mənfi təsirlərı yaranmır.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-nevroloq Qalib Əsədov feysbukda yazıb. Həkim qeyd edib ki, spirti içki qəbul etdikcə qanda toksik birləşmə olan asetilaldehidin miqdarı getdikcə artır.

"Təsəvvür edək ki, sizdə ADH yaxşı işləyir, AsDH-nin isə aktivliyi zəifdir. Bu zaman spirti içki qəbul etdikcə qanda toksik birləşmə olan asetilaldehidin miqdarı getdikcə artır. Bu zaman zəhərlənmə baş verir, baş ağrısı, ürəkbulanma, qusma kimi əlamətlər əmələ gəlir. Əgər AsDH çox pis işləyirsə, alkoqolun kiçik dozası belə onun zəhərlənməsinə səbəb ola bilər. Belə adamlar heç vaxt alkoqoldan asılı vəziyyətə düşmürlər və spirti içki qəbul etməməyə çalışırlar.


ADH fermentinin pis işləməsi zamanı isə alkoqolun hətta kiçik dozası belə beyində ciddi dəyişikliklərin yaranmasına səbəb olur, Dopamin sistemi aktivləşir, eyforiya yaranır. Asetilaldehid isə demək olar ki, yaranmır. İnsan spirtli içki qəbulundan məmnun qalır və məhz bu variant insanda alkoqolizmin yaranmasına səbəb olur".

OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...