Logo

Uşaqlarda onkoloji xəstəliklər artır – Pediatr səbəbləri və çıxış yollarını göstərdi

Uşaqlarda onkoloji xəstəliklər artır – Pediatr səbəbləri və çıxış yollarını göstərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən il Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkar olunub. Mütəxəssislər bu xəstəliyin zamanla arta biləcəyi ehtimalından narahatdır.

Maraqlıdır, uşaqlarda onkoloji xəstəliklərin artımının səbəbləri nədir? Uşaq leykozu və xərçəngdən ağırlaşma hallarının qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Sfera.az-a danışan pediatr Günay Rəsulova bəzi qidaların uşaqlarda xərçəng yaratma ehtimalının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Ekspert valideynləri bəzi məqamlarda diqqətli olmağa çağırıb:

"Onkoloji xəstəliklərin yaranma səbəbləri tam olaraq bəlli deyil, lakin bu xəstəliyə gətirib çıxaran bir sıra faktorlar var. Uşaqlarda görülən onkoloji xəstəliklərin yaranması daxili inkişafın anomaliyası ilə bağlı olan şişlərdir. Buraya mərkəzi sinir sisteminin şişlərini, daxili orqanlara aid şişləri aid etmək olar. Bundan başqa, sağlam doğulan uşaqlarda da sonradan onkoloji xəstəliklər yarana bilər ki, bu da qan xəstəlikləri ilə bağlıdır. Böyüklərdə rast gəlinən mədə-bağırsaq xərçəngi kimi xəstəliklərə isə uşaqlarda rast gəlinmir. Valideynlər uşaqların düzgün həyat tərzi keçirməsinə, düzgün qidalanmasına fikir verməlidirlər. Xərçəng yaratma ehtimalı olan qidaları uşaqlar həddən artıq qəbul edirlər, valideynlər də buna önəm vermir. Kolbasa, sosis, hisə verilmiş qidalar, paketlənmiş, həddən çox şəkərli məhsulları uşaqlara vermək olmaz. Uşaq immun sisteminin düzgün qorunması, vaxtında yatmaq uşağı onkoloji xəstəliklərdən qoruyacaq.

Mütəxəssis uşaqlarda halsızlıq, iştahasızlığın olmasını və digər səbəbələri onkoloji xəstəliklərin səbəbi kimi göstərib:

"Bəzi ailələrdə isə genetik faktorlardan asılı olaraq uşaqlarda xərçəng riski yükək olur. Bu ehtimal olan uşaqlar da illik olaraq müayinə edilməli və risk qrupuna aid edilməlidir. 2020-ci ilin statistikasında 13 yaşadək uşaqlarda 117 nəfərdə, 13 yaşdan 17 yaşadək uşaqlarda isə onkoloji xəstəlik 55 nəfərdə rastlanıb. Bu, ötən illə böyük fərqə malik olmasa da, istənilən halda biz bu sayın heç olmamasını istərdik. Valideynlər uşaqlarda bu xəstəliyin ilkin əlamətlərinə fikir verməlidir. Əgər uşaqlarda halsızlıq, iki həftədən çox davam edən qızdırma və göyərmələr, qarın ağrısı, baş ağrısı, tərləmə və iştahasızlıq varsa, o zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Xəstəliyin birinci və ikinci mərhələsində biz problemin qarşısını rahatlıqla alırıq. Lakin problem üç və dördüncü mərhələyə keçirsə, bu zaman xəstəliyin aradan qaldırılması çətinləşir”.

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR