Logo

Tətil müddəti uzadıla bilər? – İnfeksionistdən açıqlama

Tətil müddəti uzadıla bilər? – İnfeksionistdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son həftələr koronavirusa yoluxmada ciddi artım qeydə alınır. Bəzi mütəxəssislər bu sayın mart ayında daha çox olacağını bildirir və bunu yaz aylarında infeksion xəstəliklərin artması ilə əlaqələndirirlər.

Deputat Musa Quliyev isə koronavirusa yoluxma sayının artması səbəbilə ali məktəblərdə tətil müddətinin uzadılması təklifini irəli sürüb.

Maraqlıdır, tətil müddətinin 1 həftə və daha çox uzadılması yoluxma sayının azalması ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Mərdan Əliyev bildib ki, tətil müddətinin uzadılması yoluxma sayının azalmasına təsir etməyəcək:

"Məsələ ondadır ki, tələbələr və ya şagirdlər aktiv qrup hesab olunur. Tətil müddəti uzadılsa belə bu qrupa iad insanlar ya dost tanışları ilə müntəzəm təmasda olacaq ya da ailə üzvlərindən biri yoluxubsa onu digər insanlara keçirə biləcək. Hazırda yoluxma sayı çox artıb, hamı xəstədir. Mövcud artım tempi Omikron ştammı ilə əlaqədardır. Omikron ştammına yoluxan insanlar isə ən yaxşı halda 2-3 günə sağalır. Bir çox insanda ümumiyyətlə qızdırma belə olmur”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR