Logo

"Yoluxma sayı önəmli deyil!” - Həkimdən AÇIQLAMA

"Yoluxma sayı önəmli deyil!” - Həkimdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Yenə hamı panikadadır, amma yoluxma sayı önəmli deyil!”.

Sfera.az bildirir ki, bunu tanınmış radioloq-həkim Aydın Əliyev deyib. Onun sözlərinə görə, artan rəqəmlərdən qorxmaq lazım deyil:

"Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır. Mən aktiv həkim işləyirəm - hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm. Real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır. Demirəm arxayın düşün, qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın!”.

Mütəxəssis qeyd edib ki, koronavirus getdikcə zəifləyir və  ən qısa zamanda pandemiya bitəcək:

"Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur! Ağırlaşanlar müvafiq müalicə almalıdırlar. Yüngül xəstələr tezliklə sağalacaq. O2 saturasiyası 95-dən çoxdusa, heç qorxmayın”.

Günay Rəsulqızı

Sera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR