Logo

"Azərbaycanda yoluxma sayı bu sürətlə artarsa..." - Ekspertdən XƏBƏRDARLIQ

"Azərbaycanda yoluxma sayı bu sürətlə artarsa..." - Ekspertdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"03.03.2020-ci il - Ölkədə 3-4 nəfərdə koronavirusa yoluxma faktı qeydə alındığı üçün təhsil 10 martadək dayandı və ardınca distant təhsil bərqərar oldu. Dünənə açıqlanan yoluxma sayı isə 6620-dir, amma dərslər davam edir, heç bir önləyici tədbir alınmır”.

Sfera.az bildirir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, əvvəllər məktəblər iki həftəlik karantinə alınırdısa da, son vaxtlarda məktəblərdə yoluxma faktı qeydə alınmasına baxmayaraq, qapadılma yoxdur:

"Anlaşılandı ki, əhali vaksinasiya olunub və yüngül keçirir. Amma "ölən"lər də var axı.  2-3 nəfər də deyil, 20 nəfərdən çox. Bu cür ziddiyyətli məqamların fərqində olan vətəndaş nə etsin?! İnansın ya şübhə ilə yanaşsın? Fikrimcə, ölkədə təhsil sahəsinə bağlı olan 2 milyondan çox şəxsi təhlükəyə atmaq lazım deyil. Ən azı təhsil müəssisələrinin 2-3 həftəlik qapadılması vacibdir”.

Ekspert əlavə edib ki, artım bu şəkildə davam edərsə, iki həftə sonra aktiv xəstə sayına görə xəstəxanalarda çarpayılar yetməyəcək.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR