Mahir Emreli Xorvatiyanın ən titullu klubu ilə müqavilə bağlayıb
Kateqoriya məlum deyil
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
Sfera.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb. O, artıq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır.






