Azərbaycandakı Pfizer vaksinlərinin son istifadə müddəti bu tarixdə bitəcək - RƏSMİ
Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan "Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.
Xatırladaq ki, 2021-ci il noyabrın 22-də "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. Həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi. Nəticədə, "Pfizer/Biontech" vaksininin istifadə müddəti ümumilikdə 3 ay olmaqla 2021-ci ilin dekabrın 31-dək uzadılmışdı.






