Logo

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni "Omikron” ştammı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.

Sfera.az xəbər verir ki, bəzi ekspertlər "Omikron”un COVID-19-u bir növ qripə çevirəcəyini iddia etsə də, bəzi ekspertlər bunu koronanın həyatımızı tərk edəcəyinin ilk əlaməti hesab edirlər.

Halbuki "Delta” ştammında ciddi yüksəliş var idi. Ölüm hallarının olmamasının və xəstəliyin yüngül şəkildə irəliləməsinin əsas səbəbi peyvənddirmi? Ona baxmaq lazımdır. Çünki peyvənd olunanların faizi yüksəkdirsə, artıq qorunma spektri formalaşır.

Türkiyəli professor Səma Kultufan Turanın sözlərinə görə, "Omikron” ştammı sürətlə yayılsa da ölüm faktının qeydə alınmaması nikbinliyə əsas verir:

"Müsbət dəyişiklik olub-olmadığını söyləmək hələ tezdir, lakin hələlik ölüm halı qeydə alınmayıb. Bu, COVID-19-un pandemiyadan endemik vəziyyətə keçməsi üçün ümidverici əlamət saymaq olar”.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci isə "Delta” ilə müqayisədə "Omikron”un özünü "daha yaxşı apardığını”, lakin qəti nəticələrə gəlmək üçün daha çox işləməyin lazım olduğunu bildirib.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR