Logo

Direktor: "Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir"

Direktor: "Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir".

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, il ərzində müxtəlif kəskin fərq etməyən rəqəmlər qeydə alınır: "Bu epidemioloji sıçrayışlar deyil. Rəqəmlər stabildir".

"Azərbaycanda bu günə qədər 7 867 İİV-lə yaşayan şəxslərdən 25-49 yaş arasında olanları təxminən 78 % təşkil edir. 17 yaşa qədər uşaqların göstəricisi isə 2 %-ə qədərdir. Terapiyaya cəlb olunan hamilələr 98 % halda sağlam övlad dünyaya gətirir", - F.Məmmədov bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR