Logo

Koronovirusa yoluxanların saçı tökülür

Koronovirusa yoluxanların saçı tökülür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Koronavirusdan sonra xəstələrin 35-45 faizində saç tökülməsi müşahidə olunur. Bu prosesin səbəblərini Preventiv Tibb Mütəxəssisləri Cəmiyyətinin elmi direktoru, Ural Federal Dairəsinin baş profilaktoloqu Sergey Tokarev və Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Akademiyasının Dermatovenerologiya və Kosmetologiya kafedrasının professoru Yuliya Qalyamova izah ediblər.
 
Sfera.az saytı Ura.ru-ya istinadən xəbər verir ki, Tokarev saç tökülməsinin cinsdən, yaşdan və müşayiət olunan xəstəliklərdən asılı olduğunu deyib. Həkim bildirib ki, peyvənd olunmuş xəstələrdə isə saç tökülməsi nadirdir.
 
"Xəstə peyvənd olunarsa, hər şey asanlaşır və belə simptomlar daha az müşahidə olunur. Xəstəliyin yüngül formasından sonra da saç tökülə bilər - bunun səbəbləri nevroloji, damar və endokrin pozğunluqlardır ", - Tokarev bildirib.
 
Qallyamovanın sözlərinə görə, koronavirusdan sonra saç tökülməsi müvəqqəti haldır. Bu, xəstənin qəbul etdiyi dərmandan asılıdır.
"Hər halda, saç bərpa olunacaq, çünki bu, yüksək temperatura və bədənin ümumi vəziyyətinə reaksiya ilə əlaqələndirilə bilən müvəqqəti saç tökülməsidir", - deyə həkim söyləyib.
 
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR