Logo

"İnsanların immun sistemini gücləndirmək üçün yarmarkalar təşkil olunmalıdır" - Qida mütəxəssisi

"İnsanların immun sistemini gücləndirmək üçün yarmarkalar təşkil olunmalıdır" - Qida mütəxəssisi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vaxtilə dövlətin insanların immun sistemlərinin gücləndirilməsi üçün yaratdığı yarmarkaları indi nədənsə görə bilmirik”.

Bunu Sfera.az-a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib. Müsahibimiz vurğulayıb ki, mövsüm dəyişikliyi zamanı insanların orqanizmində bəzi dəyişikliklər olur:

"Sözügedən yarmarkalar olmadığı halda, kənd təsərrüfatı məhsullarını marketlərdən baha qiymətə ala bilməyən insanların, bu payız və üzümüzə gələn qış mövsümündə immunitetlərinin güclü olmasından söhbət gedə bilərmi? Bəlkə elə bilirlər, hamı marketdən istədiyi məhsulu alıb evinə apara bilir? Əgər mövsümündə yetişən meyvə və tərəvəzlər, həmçinin təbii kənd məhsulları istehlak olunmasa, bu, insanlarda orqanizmin immun sisteminin zəifləməsinə səbəb olacaq”.

Ekspert qeyd edib ki, digər tərəfdən marketlərdə təbii kənd məhsullarının qiymətində artım müşahidə olunur:

"Həmçinin işbazların süni məhsul artımını nəzərə alsaq, burda artıq nə immun sistemindən, nə də sağlamlıqdan danışmağa dəyməz. Nəticə isə, immun sistemi çökmüş insanların koronavirusa sərbəst şəkildə yoluxmaları  və  yoluxmaların sayının iki, hətta üç dəfə artmasıdır”.

Kənd Təsərüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat” ASC-dən verilən məlumata görə isə, dekabrın 20-30-da Bakının müxtəlif ərazilərində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi üçün açıq tender elan edilib.

"Tenderdə iştirak haqqı 150 manatdır. İddiaçılar ilkin sənədləri noyabrın 17-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 25-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı təqdim edə bilərlər. Tenderin nəticəsi noyabrın 26-da, saat 11:00-da Portalda açıqlanacaq”, deyə məlumatda qeyd olunub.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR