Logo

Dünya Gözəllik Ekspertləri Bakıda bir araya gəldi - VİDEO

Dünya Gözəllik Ekspertləri Bakıda bir araya gəldi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 22-23 tarixlərində Bakı Konqres Mərkəzində "7th Azerbaijan Aesthetic & Anti-Age Medicine Congress" (Estetik və yaşlanmaya qarşı tibb üzrə VII Azərbaycan Konqresi) keçirilib.

Sfera.az bildirir ki, 2 gün ərzində zəngin elmi proqramla baş tutan tədbirə 35-dən artıq mütəxəssis dəvət olunub. Konqresin təşkilatçısı Farmasevtik şirkət "Pharmanova" və  "Buta Esthetic" tibb şirkəti olub. Konqres AAAMC (www.aaamc.az) layihəsinin müəllifi, Fransanın İMCAS şirkətinin dəstəyi ilə baş tutub.

İştirakçılar Benjamin Aşer, İrina Xrustalyeva, Erdal Karaöz, Georgiy Sulamanidze, Salvatore Pagano, Anna Funikova, Robert Xmelevskiy və s. kimi nüfuzlu beynəlxalq spikerlərin şəxsi təcrübələrini görmək və öyrənmək imkanı əldə ediblər. Bundan əlavə, tədbirdə Ukrayna, Rusiya, Fransa, Polşa, Bolqarıstan, Almaniya, İsrail, İtaliya, Gürcüstan, Türkiyə və.s kimi ölkələrdən olan spikerlər də yer alıblar.

Konqresin sonunda "ART OF BEAUTY" mükafatının təqdim edildiyi möhtəşəm qala-axşamı keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR