Bu peyvəndin qoruyuculuğu 47 faizə düşdü - DİQQƏT
Dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan "The Lancet"də BioNTech-Pfizer peyvəndinin 2 dozadan sonra qoruma nisbətinin 88 faizdən 47 faizə düşdüyü qeyd edilib.
Sfera.az xəbər verir ki, sözügedən peyvəndin "Delta” və buna bənzər yeni variantlara qarşı təsirli olduğu bildirilsə də, araşdırmalar nəticəsində müəyyən şübhələr ortaya çıxıb.
Peyvənd 2 dozadan sonra ilk ay "Delta” variantına qarşı 93 faizlik müdafiə təmin edib və bu nisbət 4 aydan sonra 53 faizə düşüb. Peyvəndin digər yeni mutasiyalardan qorunma nisbətinin 97 faizdən 67 faizə düşdüyü deyilib.
Tədqiqatçılar, faizlərin azalmasının daha çox yoluxucu variantlardan deyil, vaksinin effektivliyinin azalmasından qaynaqlandığını qeyd ediblər.
Bu baxımdan peyvəndin üçüncü dozasının istifadəsinin də qarşıdakı zaman ərzində zəruri olduğu bildirilib.
Xatırladaq ki, Pfizer və "Kaiser Permanente" tədqiqatçıları tərəfindən edilən araşdırmada peyvəndin hazırlandığı 2020-ci ilin dekabrından bu yana vaksin 3,4 milyon insanın elektron məlumatları nəzərə alınmaqla hazırlanıb.Əzizə Zeynal






