Məmurlar vaksinasiyanın təbliğatında niyə iştirak etmir? - Açıqlama
"Məmurların vaksinlə bağlı əyani təbliğatları ilə məsələ düzəlmir. Vaksin əleyhinə olanlar, şayiələrə inananların "dezo” maşını bütün hallarda işləyəcək. Özü də dezinformasiya idarə olunandır. Bu "dezo”da qlobal səviyyədə farmaseptika mafiyasının, xəstəliyin yayılmasından böyük biznes quranların maraqları var”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda yüksək ranqlı məmurların vaksinasiya prosesində cəmiyyətə şəxsən nümunə olmamaları, təbliğati prosesi zəif aparmalarına münasibət bildirərkən Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib:
"Məlumatıma görə, adminstrasiya, nazirlik və komitələrdə çalışan məmurlar vaksinasiyadan keçib. Sadəcə, daha geniş əhali kütləsini prosesə cəlb etmək üçün onun təbliğatını, təşviqini aparmırlar. Ona görə də belə təsəvvür formalaşır ki, vəzifəli şəxslərin çoxu vaksinasiya olunmayıb. Amma reallıqda bunun əksidir. Dövlət Qulluqçularının Etik Davranış Qaydaları haqqında qanun mövcuddur. Bu qaydalar dövlət qulluqçularında bir qədər məsuliyyət yaradır. Hansı hərəkəti etsələr gərəkdir ki, yuxarı orqanlarla məsləhətləşsinlər”.
Həmsöhbətimiz bildirdi ki, vaksinasiyanı vacib hesab etsə də, onun yoluxmadan tam qoruduğuna da əmin deyil: "Yeni ştammlar vaksini dəf edir. Ona görə də bir qədər ümidsizlik yaranıb. Bəzi insanlarımız prosesə şübhə ilə yanaşır. Bu tendensiyada isə yayılan dezinformasiyaların rolu böyükdür”.Elçin






