Şəhid anasının müraciəti ilə bağlı tibb işçisinə xəbərdarlıq edildi

Şəhid anasının müraciəti ilə bağlı tibb işçisinə xəbərdarlıq edildi
Sosial şəbəkələrdə şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlının videomüraciəti yayılıb. Yaşadığı ərazi üzrə Şəhər Poliklinikasından şikayət edən şəhid anası ona laqeyd münasibət göstərildiyini bildirib:

"Mən buradan Səhiyyə Nazirliyinə səslənirəm, şəhid anasıyam, koronavirusa yoluxmuşam. Vəziyyətim yaxşı deyil, nəfəs ala bilmirəm. 32 nömrəli Şəhər Poliklinikasından, baş həkimindən, sahə həkimindən şikayət edirəm. Zəngimə cavab vermirlər. Sonra da zəng edib deyilər ki, bizdə dərmanlar növbə ilədir. Ana ölməlidirmi?”

Sfera.az xəbər verir ki, "Qafqazinfo” problemlə əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Məlum olub ki, şəhid ailəsinin yaşadığı ərazi 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aiddir.

11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nurməmməd Yarıyevin sözlərinə görə, şəhid anası ilə əlaqə saxlanılıb vitamin kompleksi ilə təmin olunub. Onunla kobud rəftar edən tibb işçisinə də xəbərdarlıq edilib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Xəzərdə dalğanın hündürlüyü 3,7 metrə çatıb

Aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.   Sfera.az xəbər verir...