Logo

"Koronavirusun yoluxma sürəti və öldürücülük qabiliyyəti bir çox infeksiyadan zəifdir" - Professor

"Koronavirusun yoluxma sürəti və öldürücülük qabiliyyəti bir çox infeksiyadan zəifdir" - Professor
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"COVİD-19-un insanlığa fəlakət gətirəcəyi barədə qorxu yoxdur və ola da bilməz”.

Bunu Sfera.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev son günlər koronavirusla bağlı artan narahatlıqlardan danışarkən deyib.

Mütəxəssis qeyd edib ki, istənilən infeksiyanın "potensial fəallığı” iki əsas parametrlə dəyərləndirilir:

"Yoluxma sürəti (Ro indeksi) və letallıq (öldürücülük) əmsalı. İlk növbədə COVİD-19-da Ro indeksi (bir virusun yoluxdurduğu xəstə sayı) göstəricisi 2-2,2-dir. Bu göstəriciyə görə o, qızılca (11-18-dir), su çiçəyi (7 -12-dir), parotit (11-14-dür), hətta sələfi Mers-CoV-dan (3-dür) belə, nəzərəçarpacaq dərəcədə geri qalır. Koronavirusun letallıq əmsalı (100 nəfərə düşən ölüm halı) 3,6%-dir. Bu göstəriciyə görə də o, ebola (50%-dir), quş qripi (39,3 %-dir), Mers-CoV (35%-dir), donuz qripi (17,4%-dir) və  Sars-CoV (9,6%-dir) kimi infeksiyalardan bir neçə dəfə zəifdir.

Koronavirusun əsas yoluxma yolu hava-damcı, yəni nəfəs-nəfəsə dayanma, xüsusən öpüşmək kimi ünsiyyət formasıdır. Bu səbəbdən hazırkı artmın günahkarı nə "Delta” ştammı, nə də digər mutasiya variantlarıdır. Yeganə səbəb yalnız bu "abnormal” ünsiyyət formasıdır. Bu ünsiyyət forması ölkəmizin hər bölgəsi, hər məhləsi, hər küçəsi, hər ailəsində var. Özü də biri digərinə münasibətdə daha şiddətli və əcaib formada olmaqla”.

M.Qəniyev sosial şəbəkələrdə hər gün kiminsə ölüm xəbərinin verilməsinin və bütün hallarda səbəbinin COVİD-19 olduğunun bildirilməsinin yolverilməz olduğunu deyib:

"Çünki ölümün səbəbi yalnız patoloq-anatomun təsdiqindən sonra, yəni rəsmi mənbəyə istinadən verilməlidir. Naməlum ölüm səbəbləri koronavirusun statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Digər tərəfdən, məgər hazırda dünyada COVİD-19-dan başqa digər viral infeksiya yoxdurmu? Odur ki, insanları qorxutmaq əvəzinə, onlara əl tutmaq, yardım etmək, düzgün maarifləndirmək lazımdır ki, psixoloji sarsıntı keçirməsinlər.

Viral infeksiyalardan qorunmanın ən etibarlı yolu peyvəd olunmaqdır. Bəzi insanlar peyvənd olunmadan belə, müəyyən şərtlər daxil, peyvənd olunma sənədini alırlar. Odur ki, mən bütün hallarda peyvədləmənin könüllülük prinsipi əsasında aparılmasının tərəfdarıyam. Buna əməl olunması, bütün neqativ söyləntilərin qarşısını almış olar”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR