Logo

Pandemiya psixoloji xəstəlikləri artırıb? – Mütəxəssis rəyi

Pandemiya psixoloji xəstəlikləri artırıb? – Mütəxəssis rəyi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mütəxəssislər hesab edir ki, yenidən sərt karantin rejiminin tətbiqi insanlarda müxtəlif xəstəliklər yarada bilər. Bunların içərisində psixoloji xəstəliklərin olduğu da iddia edilir, qorxu, fobiya hisslərinin yaranacağı bildirilir.

Maraqlıdır, səsləndirilən fikirlər nə dərəcədə doğrudur? Sərt karantin rejimi insanlara necə təsir edə bilər?

Mövzunu Sfera.az-a şərh edən psixoloq Aytən Ələkbərova son iki il ərzində insanlarda bu cür probelmlərin daha da çoxaldığını deyib:

"Artıq iki ilə yaxındır, davam edən pandemiyada psixoloji problemlərin daha çox aşkarlandığını müşahidə etdik. İnsanlarda təşviş hissləri ilə fobiyalar, panik ataklar özünü göstərməyə başladı. Bəlkə də bu günə qədər də həmin bu sadaladığım psixoloji problemlər var idi. Amma karantin rejimi bu xəstəliklərin, psixoloji durumun kəskinləşməsinə təkan oldu. Son günlər sərt karantin rejiminin tətbiqi ilə bağlı səslənən ehtimallar isə insanlardakı narahatlıq hissini daha da artırır".

Psixoloq bildirib ki, problemin həll yolu var və o qədər də mürəkkəb deyil:

"Hazırda psixoloji problemlər sanki hər kəsin başının üstünə alıb. Karantin rejimi ilə əlaqədar uşaqları evdə saxlamağın çətinliyi, vaksin olunmayan şəxslərin cərimə qorxusu insanlarda narahatlıq yaradır. Halbuki bu qorxu hisslərini aşmaq mümkündür, yəni insan müayinə olub rahatlıqla peyvənd oluna bilər. Bütün bu kimi mənbələr təbii olaraq insanda qorxu yaradacaq, lakin problemdən çıxış yolu yenə də insanların özlərindədir".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR