Azərbaycan vaksinin 3-cü dozası ilə bağlı qərar verməlidir - Delta ştammına görə - TƏKLİF

Azərbaycan vaksinin 3-cü dozası ilə bağlı qərar verməlidir - Delta ştammına görə - TƏKLİF
"Koronavirusun sürətlə yayılmaqda davam edən Delta ştammı ilə bağlı təhlükə hər gün artır. Artıq dünyanın bir çox ölkələrini cənginə alan yeni ştammın qarşısının alınması üçün elm adamları hərəkətə keçib. Amma faktiki və real müşahidələr onu deməyə əsas verir ki, yeni mutasiya koronavirua qarşı tam peyvəndlənənləri də yoluxdura bilir”.

Bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, məhz buna görə də Azərbaycan hökuməti yeni tədbirlərə başlamalıdır. Azərbaycanlı alim bu istiqamətdə öz təkliflərini də irəli sürüb.

"İsraildə əhalinin 60 faizinin ən effektli vaksinlərdən biri ilə (Biontech) peyvəndlənməsinə baxmayaraq, delta ştammı təhlükəsi böyüyür və yeni yoluxmalar da məhz bununla əlaqələndirilir. Hətta rəsmi məlumata görə, burada yeni yoluxanların 40-50 faizi tam vaksinasiyadan keçənlər olub. Bundan əlavə, İndoneziyada Sinovac vaksini ilə peyvəndlənənlərin yenidən virusa yoluxduqları qeydə alınıb. Bu yoluxma hadisəsi ölkənin delta ştammının yayıldığı regionunda baş verib. Bütün bunlar isə onu deməyə əsas verir ki, hazırda istifadədə olan vaksinlər yeni ştamma qarşı gözlənilən qədər təsirli deyil. Təbii ki, bununla bağlı hələlik tam elmi tədqiqatlar olmasa da, ilkin variantda elmi araşdırmalar yekunlaşıb.

Bir sözlə, bu gün hər iki doza vaksinlə peyvəndlənən şəxslərin yeni ştamma yoluxma riski gündən-günə artır, hətta peyvəndlənməsindən 6 ay zaman keçən şəxslər də. Ona görə də düşünürəm ki, Azərbaycanda da qabaqlayıcı və profilaktik tədbirlərə başlanılmalı və ciddi addımlar atılmalıdır. Yeni ştammın bu qədər təhlükəli olması peyvəndin 3-cü dozası ilə bağlı qərar verilməsini və yeni dozanın alınmasını sürətləndirməlidir. 3-cü peyvənd dozasının hansı vaksinə aid olacağı müəyyənləşdirilməlidir. Təbii ki, burada da yüksək effektivli peyvənddən söhbət getməlidir”, - tibb elmləri doktoru bildirib. // "Report"


OXŞAR XƏBƏRLƏR

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...

Dünyanın ən sədaqətsiz xalqı - İki nəfərdən biri xəyanət edir

Dünyanın ən sədaqətsiz xalqlarının adı açıqlanıb. “Insider Monkey” tərəfindən 30 ölkədə 1.9 milyondan çox insanın məlumatları əsasında aparılan araş...

Şou-biznesdə saxta nikah qalmaqalı: Biz İranda yaşamırıq!

Son günlər şou-biznes aləmində “saxta toy” iddiaları geniş rezonans doğurub. Aktrisa Pərvin Abıyeva və müğənni Nadir Qafarzadənin bu mövzuda səslənd...