Kliniki Tibbi Mərkəzdə əlavələrin ödənilmə tarixi açıqlandı
Kateqoriya məlum deyil
"Tibb işçilərinin əməkhaqqı qaydalarının dəyişdirilməsi üzərində operativ iş gedir. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.
Sfera.az xəbər verir ki, bu fikirləri 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Onun sözlərinə görə, bu qaydalar bütün səhiyyə sahəsini əhatə edəcək: "Qaydalar təsdiq olunduqdan sonra vətəndaşlara geniş məlumat veriləcək”.
K.Ələkbərov bildirib ki, KTM-də əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək: "Əlavələr aprelin 1-dən hesablanacaq və bütün tibb, qeyri-tibb sektorunu əhatə edəcək”.






