Logo

Pfizer vaksinin tətbiqi üçün peyvənd məntəqələrinin sayı artırılıb - Səhiyyə Nazirliyi

Pfizer vaksinin tətbiqi üçün peyvənd məntəqələrinin sayı artırılıb - Səhiyyə Nazirliyi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Vətəndaş müraciətlərini nəzərə alaraq, xidməti daha əlçatan etmək məqsədilə "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb.

Bu barədə Sfer.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.

"Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırırıq ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalara uyğun olaraq aparılacaq.Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir".

Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR