Logo

Baş Prokurorluq 96 saxta COVID-19 testi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq 96 saxta COVID-19 testi ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus

infeksiyasının müayinəsinə dair "Leyla Medical Center” və "Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir", məlumatda qeyd edilib.

Xatırladaq ki, bununla bağlı xəbəri "Report” yayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR