Gündəlik peyvəndlənmə test sayından 5 dəfə çox olmalıdır - HƏKİMDƏN AÇIQLAMA
Kateqoriya məlum deyil
Azərbaycanda gündəlik peyvənd olunanların sayı koronavirus testlərinin sayından 4-5 dəfə yüksək olarsa, yəni gündəlik 50-60 min nəfərə peyvənd vurulsa, virusun öhdəsindən gəlmək mümkün olar.
Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.
Vətəndaşların peyvənd olunmaqda maraqlı olmadığını bildirən həkim qeyd edib ki, əhali nə qədər tez peyvəndlənərsə, karantin də bir o qədər tez yumşaldılar.






