Həkim pandemiya dövründə artan xəstəliklərə qarşı ən effektli müalicə üsülundan danışdı - VİDEO
Sfera.az xəbər verir ki, bu barədə "Həkimim" verilişinə qonaq olan "İnternational Hospital 1"in nevroloq- kök hüceyrə mütəxəssisi doktor Aytən Əliyeva bildirib.
"Ürəyinizdə hiss etdiyiniz narahatlığınız, tez-tez ağzınızın quruması şəkərli diabet xəstəliyi demək deyil. Bunlar panik atak xüsusiyyətləri də ola bilər", - deyə həkim qeyd edib.
Həkim aşağıdakı hallarda kök hüceyrə ilə müalicənin effektivliyindən danışıb:
"Kök hüceyrə ən çox artroz, digər oynaq xəstəlikləri, müxtəlif növ yırtıqlar,onurğa yırtıqları, xanımların və bəylərin 10-15 yaş cavanlaşması, tökülmüş saçların bərpası, kişi-qadın sonsuzluğu və s. kimi xəstəliklərdə istifadə olunur və çox yaxşı nəticələr verir".
Xatırladaq ki, Lider televiziyasında "Həkimim verilişi" hər həftənin ikinci və dördüncü günləri axşam saat 18:00-da canlı yayımlanır.
Linkdən keçid edərək verilişi izləyə bilərsiniz:






